Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan veilən məlumata görə, axşam buludluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 22-27 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı rayonlarda çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.
Oxu.az