Bakıda pulsuz Nar nömrələri paylanılacaq
15.10.2014

“Bakı 2015” Avropa Oyunlarında 12 minə yaxın könüllü iştirak edəcək. Onların hamısına pulsuz Nar nömrələr, 300 dəqiqə danışıq, 300 SMS və 300 MB internetdən ibarət pulsuz paket təqdim olunacaq. Bu haqda “Azerfon” şirkətinin baş direktoru Kent Maknilli məlumat verib.

Direktorun sözlərinə görə, “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan Nar Mobile bundan sonra könüllüləri də dəstəkləyəcək. Şirkətə məxsus 140 mağazada təşviqat materialları yerləşdiriləcək. Bundan əlavə, könüllülərin Avropa Oyunların təşkilat komitəsi ilə birbaşa əlaqəsini təmin edəcək mobil tətbiqetmələr də hazırlanacaq. Könüllülərə dair 5 qısametrajlı film də çəkiləcək. Facebook, Twitter kimi sosial şəbəkələrdə də güclü kampaniyalar təşkil ediləcək.

Bakı 2015” Avropa Oyunları Təşkilat komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bu işi “çətin və məsuliyyətli” hesab edir. Hansısa tədbirin uğurlu keçməsində könüllüllərin rolu böyükdür. Biz oyunlarda könüllü kimi iştirak etmək istəyən 10 mindən çox insandan ərizə almışıq. Artıq onların seçiminə başlanılıb. İnanıram ki, onların əksəriyyəti könüllü kimi bizimlə işləyəcək”. Cənab Kleq bidirdi ki, könüllü kimi seçilmiş gənclər üçün sonradan təlimlər keçiriləcək və onlar oyunlar üzrə bölünəcəklər. Gələn ilin əvvəlinə kimi artıq seçim prosesi Başa çatacağı gözlənilir. Könüllülər üçün artıq xüsusi portal da yaradılıb.

Qeyd edək ki, Bakı 2015” Avropa Oyunlarında könüllü kimi qatılmaq istəyənlər www.baku2015.com saytında ərizə formasını doldura bilərlər.

modern.az