“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında Nizami rayon məktəbliləri arasında güllə atıcılığı üzrə 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş yarış keçirilib.
MMC-nin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş yarışda 24 komanda iştirak edib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tədbiri açaraq yarışın keçirilməsinin gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Sonra yarışa start verilib.
Münsiflər heyətinin yekun rəyinə əsasən, 220 nömrəli məktəb-liseyin, 145 nömrəli tam, 277 nömrəli idman təmayüllü tam orta məktəblərin komandaları ilk üç yerə sahib olublar. Fərdi yarışlarda isə 210 nömrəli tam orta məktəbin, 220 nömrəli məktəb-liseyin və 238 nömrəli tam orta məktəbin şagirdləri Məhəmməd Sabunov, Habil Hüseynov və Məhəmməd Abbasov birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
AzərTAc