Qoç - uzunmüddətli planlaşdırma üçün münasib
zamandır. Xəyallara dalmayın, illüziyalara qapılmayın. Qüvvə və
imkanlanınızı dürüst qiymətləndirin. Potensialınızın həddini anlayın.
Yaxın ətrafınızdakı insanlarla bağlı düşüncələrinizdə yanılmayın.
Günün
ikinci yarısında təkidli və əzmli olsanız, sərfəli anlaşmaya, karyera
pilləkənində irəliləyişə nail ola bilərsiniz. Tez uğura bel bağlamayın.
Məqsədə çatmaq üçün bir neçə dəfə cəhd göstərmək lazımdır.
İşdə və evdə həllini gözləyən məsələlər az deyil.
Axşam saatlarında normal istirahətə vaxt tapın. Eksperimentlərə əl atmayın.
Buğa
- günün ilk yarısında maliyyə problemləri yarana bilər. İtkilər və
zərər istisna deyil. Gözlədiyiniz gəlir gecikir. Dostlar və
qohumlarınıza yardım üçün müraciət etməli olacaqsınız. İşdə problemlər
yaranacaq. Adi, həmişəki işlər və tapşırıqlar sizə ağır gələcək.
Emosional olmayın, narazı qaldığınızı büruzə verməyin.
Rəhbərliklə mübahisənin qarşıdurma və ya mübahisəyə çevrilməsi maraqlarınıza ziddir.
Günün
ikinci yarısında təmaslarınızda diqqətli davranın. Ailə qayğıları və
məişət problemlərinin sayı artacaq. Yaxınlarınız sizə diqqət və qayğıya
görə minnətdar olacaqlar.
Əkizlər
- təşəbbüskar olun. Ən müxtəlif işlərə fəal şəkildə başlayın. Mürəkkəb
məsələlərin həllindən qaçmayın. Yardıma əsla ehtiyac duymadağınızı
düşünməyin. Dostlar və qohumlar dəstək təklif etsələr, rədd cavabı
verməyin. Çünki qayğı vçə problemlərinizi onlarla bölüşsəniz, vaxtla
qüvvələrinizə qənaət etmiş olarsınız.
Günün ikinci yarısında
sərvaxt, ehtiyatlı olun. Travma riski var. Qida sisteminizdə ağrılar
yarana bilər. Kulinar eksperimentlərə aludə olmayın.
Qəfil səfər sizi həyəcanlandıracaq, amma sonuc yaxşı olmayacaq.
Xərçəng
- günün ilk yarısında çox önəmli saydığınız məsələnin həllinə
başlamayın. Bu zaman kəsiyində yeni layihələr və təşəbbüslər
uğursuzluqla başa çata bilər. Müttəfiqlər olmayacaq. Yardıma və dəstəyə
bel bağlamayın.
Düşmənlərin sayını artırmayın. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin.
Günün
ikinci yarısında tərəfdaşlarınızla münaqişə etməyin. İradlarınıza
reaksiyadan sinirlənməyin. Saatlar keçdikcə situasiya düzələcək, işdə
uğurlu dövr başlanacaq. Potensial iş yeri sahibləri və tərəfdaşlarla
danışıqlarda sayıq olun.
Yaxınlarınızla münasibətləri korlamayın. Sevdiyiniz insan ən kiçik uğurunuza da sevinəcək.
Şir
- günün ilk yarısında uzunmüddətli planlar qurmaq, yaşamınızdakı
problemləri həll etmək olar. Daha konkret və praktik məziyyətli işlərdən
birinin yerinə yetirilməsini təxirə salmaq olar. Ağır işə başlasanız,
səhvləri istisna etməyin. Müttəfiqlərlə fikir ayrılıqları yarana bilər.
Günün
ikinci yarısında əməkdaşlığı yarımçıq dayandırmayın. Axşam saatlarını
evdə keçirin. Qonaq qəbul etmək olar. Dəvət etdiyiniz tədbirdə
usanmağınız, yorulmağınız istisna deyil. Çox xoşagəlməz görüş olacaq.
Sevdiyiniz insana qarşı kəskin iradlar irəli sürməyin.
Qız -
yetərincə mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların öhdəsindən
gələ bilmədikləri, çözə bilmədikləri işi başa çatdıra bilərsiniz.
Mübarizəyə başlayın, dayanmayın. Sonradan istirahət edə bilərsiniz.
Yardımçı və müttəfiqləriniz olacaq. Sizi uğura aparacaq yolda olduğunu
qəti şəkildə bilmirsinizsə, ehtiyatlı davranın.
Günün ikinci
yarısında sayıq olun. Belədə seçiminizin dürüstlüyü aşkarlanacaq.
Maraqlı işgüzar təkliflər, yeni məhsuldar tərəfdaşlığın başlanması
istisna deyil.
Axşam saatlarında yeni tanışlıqlar zamanı hisslərinizə hakim olun. Emosiyalarınız nəzarətdən çıxmasın.
Tərəzi -
peşəkar fəaliyyət üçün yaxşı gündür. Çözülməli işləri görməyə başlayın.
Ciddi və məsuliyyətli olun. Problemlərin öhdəsindən gəlin. Bədxahlar və
rəqiblərin sizə maneələr yaratmasına imkan verməyin. İşdə rəhbərliklə
önəmli məsələlərin müzakirəsində fikir ayrılıqları olacaq. Mövqeyinizin
dürüst, planınızın effektivliyini sübut etməyə çalışın.
Günün
ikinci yarısı önəmli görüşlər, sınaqlar, hakimiyyət mənsubları ilə
ünsiyyət üçün yaxşı gündür. Gəlirlər mümkündür. Əldə etdiyiniz vəsaitdən
artıq pul xərcləməyin. Emosional olmayın. Ailədəki problemi həll etmək
olar.
Əqrəb - günün ilk yarısı o
qədər də yaxşı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan
olmayacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklərin sayı artacaq.
Situasiya çətinləşəcək. Dəyərli avadanlığın sıradan çıxması, önəmli
layihənin icrasında çətinliklərin yaranması istisna deyil.
Eksperimentlərdə sayıq olun.
Günün
ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Dostlar və
qohumlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Dəvət
aldığınız tədbirə qatılın. Gəlirlər və hədiyyələr olacaq.
Axşam saatlarında evdən kənarda istirahət edin.
Oxatan -
günün ilk yarısı çətin və ağır olacaq. Asan qələbələrə bel bağlamayın.
Nəticəni əldə etmək üçün ciddi işləmək lazımdır. İntriqalara qatılmayın.
Hiyləgərlik etməyin. Fəndləriniz aşkarlanacaq, problemlərinizin sayı
artacaq. Nüfuzlu insanlardan dəstək almaq cəhdləriniz yaxşı
sonuclanmayacaq.
Günün ikinci yarısında aktiv və enerjili
olun. Ruhdan düşməyin. Ehtiyatlı davransanız, itkilərin qarşısını ala
bilərsiniz. Ən çətin anlarda yaxınlarınız və müttəfiqləriniz sizi
dəstəkləyəcəklər.
Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Yaşamınız normal məcrada davam edəcək.
Oğlaq -
günün ilk yarısı o qədər də uğurlu deyil. Buna rəğmən yaranan
çətinliklərin öhdəsindən gəlməyə çalışın. Ən müşkül və qarışıq
situasiyalarda təmkinli olun, soyuqqanlı davranın. Dalaşanları
sakitləşdirin, küsənləri barışdırın. Ruhdan düşənlərə ürək-dirək verin.
Yeni dostlar olacaq.
Nüfuzlu insanlarla tanış ola bilərsiniz.
Günün
ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, qonaq qəbul etmək üçün
münasibdir. İşgüzar məsələlərin qeyri-formal şəraitdə müzakirəsi
effektiv olacaq. Uzaqdan xəbər gələcək. Nəzərdə tutulmamış səfər
zərurəti yarana bilər.
Axşam saatlarını normal keçirin.
Dolça -
dəyişən situasiyaya və fərqli şəraitlərə uyğunlaşmağa çalışın.
Əvvəlcədən hazırlanmış planlarda dəyişikliklərə zərurət yaranacaq. Ciddi
problemlər yaranmayacaq. Kiçik anlaşılmazlıqlara sərt və aqressiv
reaksiya verməyin.
Günün ikinci yarısında nəzər nöqtəniz və
baxışlarınız dəyişə bilər. Əhvalınızda fərqlər önəmli olmamalıdır.
Yaxınlarınız sizinlə davranmağın modelini arayırlar.
Axşam
saatlarına yaxın məişət texnikası sıradan çıxa bilər. İnşaat və təmirlə
məşğul olmaq məsləhət deyil. Avadanlıqla, alətlərlə ehtiyatlı olun.
Qənaətcil davranın. Alış-verişdə diqqətli olun. İstirahət və əyləncəyə
çox pul xərcləməyin.
Balıqlar -
hadisələrlə zəngin gündür. İşlər çoxdur və onların əksəriyyəti
mühümdür. Hər dəqiqənin hesabı var. Vaxtınızı boşuna keçirməyin. Mənasız
söhbətlərə qatılmayın. Real nəticəni qısa müddətdə əldə etməyə imkan
verən proseslərə üstünlük verin.
Yaxın ətrafınızdakı insanların yardımlarından imtina etməyin.
Günün
ikinci yarısında diqqətli və sərvaxt olun. Yaşamınızı yüngülləşdirməyə
çalışın. Nüfuzlu insanlarla ünsiyyət, yaşlı qohumlarla söhbət üçün
yararlı zamandır. Dəyərli hədiyyələr, gəlirlər istisna deyil. Şəxsi
problemlərinizin həllində sizə dəstək olacaq insan var. Yeni tanışlara
inanmağa tələsməyin.
Sizdən sui-istifadə etməyə çalışan insanlar var.
Milli.Az