Beş rayonda qaz olmayacaq
16.10.2014

Bu gün Azərbaycanın beş rayonuna qaz verilişində fasilə yaranacaq.

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən verilən xəbərə görə, saat 12:00-dək Füzuli, saat 15:00-dək Səbail, saat 16:00-dək Sabunçu, saat 17:00-dək Şamaxı, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Gün.Az