Dünyanın ən böyük təkərli evi hazırlandı - FOTO
16.10.2014

Britaniyanın Şərqi Yorkşir qraflığında dünyanın ən böyük təkərli, mobil evi sayılan "The Concept Van" hazırlanıb.

6 metr uzunluğundakı treyler saxlandığı yerdə transformer prinsipi ilə böyüdülür, 4 otaqdan ibarət evə çevrilir.
 
Treylerin təkərləri evin terrasları, pilləkənləri və bağçası ilə örtüldüyündən o, normal yaşayış məkanı təsiri bağışlayır.
Modul 10 nəfərin yaşayışı üçün nəzərdə tutulub.
 


Milli.Az