Bolqarıstanın “İndiana Consu” kimi tanınan arxeoloqu Nikolay Ovçarov Yunanıstanın sərhədində yerləşən Perperikone şəhərinin qalıqlarında qazıntılar zamanı “vampir” tabutu aşkar edib.
Bu barədə arxeoloq N.Ovçarov özü məlumat verib: “Şübhəsiz ki, basdırılma zamanı antivampir ayini həyata keçirilib”.
Ehtimal olunur ki, ölən zaman 40-50 yaşlarında olan kişinin ölümdən sonra dirilməməsi üçün sinəsinə dəmir çubuq keçirilib. Bir qayda olaraq, belə bir ayin qeyri-adi şəraitdə ölən insanlara, xüsusilə intihar edən şəxslərə qarşı tətbiq edilib.
Sofiyada Milli Tarix muzeyinin rəhbəri Bojidar Dimitrov iddia edir ki, Bolqarıstanda qazıntılar zamanı orta əsrlərə aid 100-ə yaxın “vampir” skeleti aşkar edilib.
Oxu.az