Bakıda “Sağlam həyat tərzi” həftəsinə start verilib. Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və 6 saylı məktəb-liseyin təşkilatı dəstəyi ilə baş tutub.
Fərdi gənc Elnarə Əliyevanın həyata keçirdiyi “Sağlam həyat tərzi” layihəsi çərçivəsində 13-23 oktyabr tarixlərində məktəb-liseyin 7-10 sinif şagirdləri üçün sağlam həyat tərzi ilə bağlı maarifləndirici təlimlər təşkil ediləcək.
Bildiyimiz kimi, bu gün ölkəmizdə gənclərlə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Dövlət gənclərə böyük qayğı göstərir. Onların təhsilinin yaxşılaşdırılmasına, asudə vaxtınının təşkilinə, sağlam həyat tərzi keçirmək üçün müxəlif layihələr həyata keçirilir.
Bu layihənin də əsas məqsədi gəncləri zərərli vərdişlərdən yayındırmaqdır. Ümumilikdə layihədən birbaşa 200 nəfər gənc bəhrələnəcək.
Layihənin sonunda sağlam həyat tərzi barədə divar qəzeti müsabiqəsi olacaq. Həmin qəzetlər 30 oktyabr saat 15:00-da "Park Bulvar"da nümayiş etdiriləcək. Müsabiqədə 3 ən yaxşı divar qəzeti seçiləcək və həmin qəzetlərin müəlliflərinə hədiyyələr təqdim ediləcək.
gun.az