Azərbaycanda nəhəng qartal tutulub
16.10.2014

Azərbaycanın Cəlilabad rayonunda nəhəng qartal tutulub.
Hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə savaşan zaman onlardan birinin qanadı qırılıb və o, dəstədən ayrılaraq kənd sakini Vahid Ağayevin həyətinə düşüb.

Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların birgə köməkliyi sayəsində qartalı tutmaq mümkün olub.

Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər. Sakinlərin sözlərinə görə, vəhşi quş əlaqədar təşkilatlara təhvil veriləcək.

Gün.Az