Bakıda Türkyə səfirliyinin təşəbbüsü ilə keçirilən ilk “Türkiyə Caz Festivalı” çərçivəsində bu ölkənin tanınmış caz ifaçısı Şenay Lambaoğlu konsert verib.
Ş.Lambaoğlu Bakı musiqsevərləri üçün bir-birdən dəyərli caz bəstələri ifa edib.
Caz ifaçısı, Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğunu da qeyd edib.
Qeyd edək ki, Şenay Lambaoğlunun konsertində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, türkiyəli ifaçı Oya Ergün iştirak edib.
Məlumat üçün bildirək ki, oktyabr ayının 10-dan 16 qədər keçirilən “Türkiyə Caz Festivalı” çərçivəsində, Türkiyədən bir çox tanınmış caz ustaları Azərbaycana gəlib.
Festivalın son günü, yəni oktyabrın 16-da Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı Oya Ergünün konserti olacaq.
Video
gun.az