Avstraliyaya gözlənilmədən qar yağıb
16.10.2014

Avstraliyada fırtına gözlənilmədən qar yağmasına səbəb olub. Yerli sakinlər isə şokdadırlar.
Güclü fırtına Sidney şəhərində və ona bitişik rayonlarda oktyabrın 15-nə keçən gecə baş verib.

Qeyri-sabit hava şəraiti nəticəsində rayonda mövsümə görə olmayan qar yağıb, eləcə də leysan və şiddətli külək başlayıb.

Qeyd edək ki, isti materik olan Avstraliyada hazırda yaz fəslinin ortalarıdır. Yayda burada (dekabr-mart) orta temperatur 32° C-dir.

Gün.Az