Enrike İqlesias və Anna Kurnikova ayrıldı
16.10.2014

Dünya şöhrətli ispan müğənni Enrike İqlesias müsahibələrindən birində üç gün əvvəl boşandığını bildirib.

Bu yaxınlarda jurnalistlər ispan müğənninin ailəli olub-olmaması ilə maraqlanıblar və elə buradaca “bomba”nı partlatmış olublar:

“Hazırda mən boşanmışam. Üç gün əvvəl ayrılmışam və mən bunu eksklüziv olaraq sizə demək istəyirəm. Ciddi deyirəm. Gülməyin, həqiqətən mən ciddiyəm”, – deyə nəşr Enrike İqlesiasın sözlərini sitat gətirir.

Gün.Az