Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti “Ukrayna bizim ümumi evimizdir” milli mətbəxlər festivalında təmsil olunmuşdur
26.8.2011

Xarkovda fəaliyyət göstərən Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti iki ölkə arasında münasibətlərin genişlənməsində fəal iştirak edir. Ukrayna Milli Mədəniyyət Birlikləri Assosiasiyasının təşkilatçılığı ilə Xarkovda Ukraynanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Ukrayna bizim ümumi evimizdir” adlı milli mətbəxlər festivalı keçirilmişdir.
Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin festivalda nümayiş etdirdiyi şəkərbura, paxlava, şorqoğalı, badambura, plov, dolma, soğandolma, dovğa, qatıq kimi milli mətbəx nümunələri iştirakçıların diqqətini cəlb etmişdir. Həmçinin cəmiyyətin “Azərbaycan inciləri” rəqs kollektivinin ifasında milli “Yallı” rəqsimiz də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.