Yayın sonlarında Batumidə orijinal fəvvarə açılacaq. Sahilyanı
Qoqebaşvili küçəsində fəvvarəli qüllə tikiləcək. Oradan həftədə 10-15
dəqiqə su əvəzinə gürcü çaçası (üzüm arağı) axacaq.
Bu original ideya turistlərin cəlb edilməsi məqsədilə düşünülüb. Çaça
axanda şirkətlərə öz fəaliyyətlərini reklam etmək üçün vaxt veriləcək.
25 metrlik qüllənin infrastrukturuna fəvvarədən başqa, turizm
informasiya mərkəzi, dörd açıq hovuz və müxtəlif təyinatlı obyektlər
daxildir.
Trend