Bu gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhdudiyyətə səbəb Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gün.Az