“Apple” ən nazik planşetini təqdim etdi
17.10.2014

“Apple” şirkəti 6 mm qalınlığında “iPad Air 2” planşetini təqdim edib.
Yeni cihazı şirkətin baş direktoru Tim Kuk nümayiş edib.

O bildirib ki, yeni planşet hazırda texnologiya bazarında ən nazik planşetdir.

Bu gündən etibarən “iPad Air” planşeti üçün ilkin sifariş açılacaq. Bir həftə sonra qurğuların tədarükünə başlanılacaq. “Wi-Fi” modullu modellərin qiyməti 499-699 ABŞ dolları, LTE modullu isə 629-829 ABŞ dolları təşkil edəcək.

Yeni modelin təkmilləşdirilmiş 8 meqapiksellik kamerası var. Planşetin ekranı isə yeni parıltı əleyhinə örtüklə təchiz olunub.

“iPad Air 2” planşeti qızılı rəngli korpusda buraxılacaq.

Gün.Az