Azərbaycanda mobil telefonlarda şifahi nitqi və yazılı mətni avtomatik tərcümə edən proqram hazırlanıb
17.10.2014

Azərbaycanda “Dilmanc” mobil tərcüməçi mobil telefonlarda şifahi nitqi və yazılı mətni avtomatik tərcümə edən proqram hazırlayıb.

“Dilmanc”dan verilən məlumata görə, bu proqramın əsas imkanları şifahi nitqin və yazılı mətnin Azərbaycan, türk, rus və ingilis dilləri arasında avtomatik tərcümə həyata keçirməsindən ibarətdir.

Belə ki, lüğət tək söz daxil edildikdə tərcümə ilə yanaşı, sözün digər mənaları, nitq hissəsi, sinonimlər və digər informasiyanı göstərir. Bundan başqa, alınmış tərcümənin səsləndirilməsi imkanı, əcnəbi ilə söhbət rejimi imkanları da təqdim edilir. Bu rejimdə müvafiq düymələri basmaqla, Azərbaycan dilində danışdıqda nitqin xarici dildə, xarici dildə danışdıqda isə Azərbaycan dilində avtomatik tərcüməsi səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər:

<iframe width="420" height="315" src="//www.youtube.com/embed/qY0NX4wzEPM" frameborder="0" allowfullscreen></iframe>

<iframe width="420" height="315" src="//www.youtube.com/embed/CpZoigFpChE" frameborder="0" allowfullscreen></iframe>

LİNK- Video - https://www.youtube.com/watch?v=qY0NX4wzEPM

APA