“Samsung” şirkəti məlumatların Wi-Fi üzərindən ötürülməsi sürətini əhəmiyyətli dərəcədə artırıb.
Şirkət internetdə sürəti 5 dəfə artıraraq 4,6 qiqabait saniyəyə çatdırmağa nail olub.
Bu, 1 saniyədə 575 meqabit (mb) həcmində informasiyanı ötürməyə imkan verəcək. Bundan öncə isə maksimum sürət 866 meqabit saniyə təşkil edirdi və 1 saniyədə ötürülən məlumatın həcmi 108 Mb idi.
Mütəxəssislər sabit siqnal formalaşdıran modem və antenna da hazırlayıblar.
Bu yeni standartın geniş istifadəsinə 2015-ci ildən başlanacağı gözlənilir.
Gün.Az