Günün ulduz falı
29.3.2012

Qoç - İstənilən işdə, hətta qabaq gücünüz çatmayan məsələlərdə əla nəticələr əldə edə bilərsiniz. Rəhbərliklə və iş ortaqları ilə fikir ayrılıqlarını aradan qaldırmaq, ətrafınızdakılara haqlı olduğunuzu sübut etmək imkanınız yaranacaq. Uğuruna şübhə etmədən tamamilə yeni bir işə başlaya bilərsiniz.
Asanlıqla yeni tanışlar tapır, ilk dəfə gördüyünüz insanlarla illərlə tanıyırmışsınız kimi davranırsınız. Yaxınlarınızla ünsiyyət də xoş olacaq: ortaq maraqlar və hadisələrə oxşar yanaşma sizi birləşdirir.

Buğa - Yaxşı gündür. Bu ərəfədə başladığınız işləri bitirmək, uzun zamandır sizi narahat edən suallara cavab almaq imkanınız var. Yeni layihələrə başlamağa tələsməyin: onların mükəmməl şəkildə reallaşdırılması üçün nüfuzlu bir adamın köməyinə ehtiyacınız var, o kömək isə hələ gecikir.
Pul, dəyərli hədiyyə ala bilərsiniz. Şəxsi xarakterli sürprizlər də mümkündür. Bu günə romantik görüşlər təyin edə bilərsiniz. Yeni tanışlarınızla ehtiyatlı olun, hisslərinizi etiraf etməkdən çəkinin.

Əkizlər - İrihəcmli və mürəkkəb işləri bir kənara qoyun: onların vaxtı hələ çatmayıb. Diqqətinizi xırdalıqlara yönəldin. Kağızları, vacib sənədləri qaydaya salın: bu gün lazımi imzaları, yaxud viza almaq olar. Maliyyə vəziyyətiniz yaxşıdır.
Emosional fon sabit deyil. Günün birinci yarısı əhvalınız yaxşı olacaq. Axşama doğru isə pisləşəcək. Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Pul, yaxud qiymətli əmlak üstündə mübahisəniz düşə bilər. Günün sonunda başınız ağrıya bilər.

Xərçəng - Gün pis başlamır. Uğurlarınız çox, peşəkar mövqeyiniz möhkəmdir. Çoxdankı bir bədxahınızdan canınızı qurtara, yaxud sizi anlamayıb qiymət verməyən biri ilə münaqişəni bitirə bilərsiniz. Kütləvi çıxışlar, məsuliyyətli görüşlər, insanların çox olduğu tədbirlərdə iştirak etmək üçün münasib gündür.
Günün ikinci yarısı bir qədər gərgindir. Özünütənqidə meyliniz artır, öz səhvləriniz barədə daha çox düşünürsünüz. Əhvalınız korlanır.

Şir - Uğur üzünüzə gülür: çox xoş gündür. Enerjinizi düzgün istiqamətləndirərək başgicəlləndirici nailiyyətlər qazanırsınız. Sərfəli sövdələşmələr bağlamaq şansınız var. Daha prestijli və yüksək maaşlı iş yeri tapa bilərsiniz.
Şəxsi həyatınızda da işlər yaxşıdır. Yaxınlarınızın əhatəsində gözəl vaxt keçirirsiniz. Maraqlı tanışlıqlar, romantik təsadüflər mümkündür. Axşam ziyafətlərə gedə bilərsiniz.

Qız - Yaradıcı işlər üçün əla gündür. İdeyalarınız superdir və onları ən gözəl qaydada yerinə yetirirsiniz. Nüfuzlu insanlarda özünüz haqda yaxşı təəssürat yarada, tanınmış və çox varlı adamların himayəsi altında müstəqil bir layihəni gerçəkləşdirə bilərsiniz.
Çoxdan bəri kiməsə bəslədiyiniz rəğbət daha böyük bir hissə çevrilə bilər - və xoşbəxtlikdən, bu, qarşılıqlıdır. Bu gün bir çox Qızların taleyində mühüm rol oynayacaq eşq macəraları başlaya bilər.

Tərəzi - Prioritetləri düzgün təyin etmək çox çətindir. Maraqsız, amma daha perspektivli bir işin uğrunda çox maraqlı digər bir işi qurban vermək lazım gələcək. Bunun daha məntiqli olduğunu, əlbəttə ki, anlayırsınız, amma yenə də fikriniz başqa yerdədir.
Yaxınlarınız isə sizinlə eyni fikirdə deyillər. Amma hər halda, sizə mane də olmurlar. Sevdiyiniz şəxslə tam qarşılıqlı anlaşmaya ümid etməyin. Ciddi münaqişələr gözlənilmir. Yalqız Tərəzilər şübhəli tanışlıqlardan gərək çəkinələr.

Əqrəb - Xoş gündür. Enerjiniz çoxdur və onun sayəsində çox şeyə nail olacaqsınız. Məsələn, rəqibləriniz yorulub əldən düşən zaman siz artıq onlardan xeyli irəlidə addımlayacaqsınız. Müqavilə bağlanması, xüsusilə xarici ortaqlarla sövdələşmələr uğurlu olacaq.
Vacib qərarlar vermək, həyatınızın sonrakı axışını təyin etmək pis olmazdı. Hisslərinizi etiraf etməkdən çəkinməyin. Sevdiyiniz şəxslə gələcək həyatınızı müzakirə edə bilərsiniz. Yaşlı qohumlarınız sizin cəsarətli layihələrinizi dəstəkləyəcəklər.

Oxatan - İşlər pis getmir, amma siz tez-tez özünüzü sanki qamçılayırsınız: «daha yaxşı ola bilərdi». Əlbəttə ki, belə düşüncənin nəticəsində əhvalınız korlanır. Sizinlə dil tapmaq asan deyil, həmkarlarınız və rəhbərliklə tez-tez aranızda fikir ayrılıqları yaranır. Çox zaman da bunların səbəbkarı məhz siz özünüz olursunuz. Sövdələşmələr bağlamaq məsləhət deyil.
Sizin zarafatlarınız yaxınlarınızın xoşuna gəlmir. Boynunuza alın ki, hərdən, doğrudan da, cızıqdan çıxırsınız. Yumor hissinizi bir az cilovlayın, tək özünüzün yox, başqalarının da hissləri barədə fikirləşin. Yaşlı qohumlarınıza qarşı nəzakətli olun, belədə, münaqişədən qaça bilərsiniz.

Oğlaq - Astagəlliyinizi bir kənara qoysanız, nəyəsə nail ola bilərsiniz. Qətiyyətlilik bu gün sizə hava-su kimi lazımdır. Bunsuz yerinizdə sayacaq, çoxdan başınızdan atmalı olduğunuz fikirlərə dəfələrlə qayıtmalı olacaqsınız. Cəsarətli, işgüzar, orijinal ideyaları ilə seçilən insanın dəstəyinə ehtiyacınız var: siz onu macəralardan qoruyar, o isə sizi cəsarətli addımlar atmağa ruhlandırar.
Yaxınlarınızla səmimi olmaqdan çəkinməyin, nə düşünürsünüzsə, onu da deyin. Birinin sizdən çoxdan aldığı bir borcu qaytarması mümkündür.

Dolça - Sizi bu gün xeyli maraqlı hadisələr gözləyir. Macəra axtarmaq lazım gəlməyəcək: onlar özləri sizi tapır. Xoşbəxtlikdən, ətrafınızda baş verənlərə vaxtında və düzgün reaksiya verir, səhv etmirsiniz. Özünüzün peşəkar bacarıqlarınızla öyünmək üçün əlinizə gözəl fürsət keçəcək.
Yaxınlarınızla fikir ayrılıqları tez-tez yaransa da, ciddi xarakter daşımır, bunları zarafata çevirmək asandır. Sevgi etirafları səslənir, amma siz onlara inanmırsınız - elə düz edirsiniz! Amma doğrudan da səmimi-qəlbdən deyilmiş xoş sözlər eşitmək şansınız var.

Balıqlar - Günün çox hissəsini başqalarının problemlərinə həsr etməli olacaqsınız. Bunlar gərəksiz qayğılar deyil: siz çox şey öyrənir, lazımi əlaqələr qurursunuz. Xoşagəlməz hadisələr mümkündür, amma onlar davamlı olmayacaq. Ümumiyyətlə, demək olar ki, gün elə də uğursuz deyil.
Melanxoliya və nostalgiyaya meyllisiniz. Ətrafınızdakılara sizin bu halınız təəccüblü gəlir. Sizi şənləndirmək, kefinizi qaldırmaq, ruhlandırmaq istəyəcəklər, amma təəssüf, siz reaksiya vermirsiniz. Bir çox Balıqlar bu gün gözəl şeirlər yazacaqlar.

Milli.Az