Türkiyənin ən baxılan xəbər kanallarından olan NTV Azerspace-1 telekommunikasiya peyki üzərindən yayıma başlayıb.
Böyük izləyici kütləsi olan informasiya kanalı digər türk kanallarının daxil olduğu paketdən 11015/H/30000 tezliyi ilə yayımlanır.
“Türk kanalları “Azərkosmos”la iş birliyinə artan maraqlarını şirkətin müştəri məmnunluğunu, xidmətin davamlılığını və çevikliyini əsas tutması və yüksək keyfiyyətli peyk xidmətləri göstərməsi ilə əlaqələndirirlər”,-məlumatda qeyd olunub.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Gün.Az