Döyüş filmlərinin məşhur aktyoru Jan Klod Van Damm Türkiyədə keçirilən “Antalya Altın Portakal “ film festivalının qonağı olub.
Aktyora Antaliya şəhər bələdiyyə sədri Menderes Türel tərəfindən xüsusi mükafat da təqdim edilib.
Doğum gününü qeyd edən Van Damm daha əvvəl İstanbula gəldiyini və “Sınav”adlı türk filmində oynadığını bildirib. Festival iştirakçıları tərəfindən əhatə olunan aktyor sevənləri ilə bol-bol selfie çəkdirib.
Qeyd edək ki, Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olub.
Van Damm “MTV Movie Awards” kinomükafatında 3 dəfə (1992, 1993 və 1994) “The most desirable man” (Ən arzu olunan kişi) mükafatına, 2010-cu ildə “The Grand World Prize” (Böyük Dünya Mükafatı) mükafatı və “Golden Talents Of The Planet” ( Planetin Qızıl İstedadları) mükafatının qızıl ordeninə layiq görülüb.
Aktyora məşhurluq gətirən filmlər arasında xüsusilə "Qanlı idman", “Şir ürəkli”, "Ölümcül order", "İkiqat zərbə", “Universal əsgər” filmlərini qeyd etmək olar.
Gün.Az