Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var. Bunu cümə
axşamı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev
deyib.
Onun sözlərinə görə, rəsmi siyahıda 7000-ə yaxın tarixi abidənin adı
qeyd edilib. Ümumilikdə, Azərbaycanda 10 000-ə yaxın tarixi abidə var.
Nazir müavini bildirib ki, ölkədəki abidələrin arasında həm dünya, həm respublika, həm də yerli əhəmiyyətli abidələr var.
Əliyevin sözlərinə görə, hazırda həmin tarixi abidələrlə bağlı
uzunmüddətli - 2012-2020-ci illəri əhatə edən dövlət proqramının
hazırlanması üzrə iş aparılır. Artıq proqramın layihəsi hazırdır. Layihə
müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra hökumətə təqdim
ediləcək.
Əliyevin sözlərinə görə, hazırda proqramın ilbəil maliyyə mənbələrinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.