Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkilərinin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
MSK sədri Məzahir Pənahov deyib ki, son bələdiyyə seçkilərində 1718 bələdiyyəyə seçkilər keçirilib.
M. Pənahov bildirib ki, bələdiyyə üzvlərinin səlahiyyəti dekabrın 23-də başa çatır və növbəti seçkilər təyin edilməlidir.
MSK sədri bildirib ki, son illər kiçik bələdiyyələrin birləşməsi prosesi gedib, hazırda 1607 bələdiyyə var.
M. Pənahov deyib ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dekabrın 23-ü ən məqbul vaxtdır.
MSK qərara alıb ki, növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-nə təyin edilsin.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələlər barədə məlumat verib.
Komissiya Təqvim Planının təsdiq edilməsi barədə də qərar qəbul edib. Seçki bülletenlərin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək.
Bələdiyyə seçkiləri barədə ilkin məlumatlar dekabrın 23-də saat 10:00 və 12:00-da veriləcək.
Bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi prosesi 2015-ci yanvarın 17-dək başa çatmalıdır.
APA