Azərbaycanlı idmançılar Dünya Çempionatında qələbə qazandılar - FOTO
22.10.2014

Ukraynanın Lvov şəhərində keçirilən MMA üzrə Dünya Çempionatında azərbaycanlı idmançılar dörd çəki üzrə qalib olublar.

Oktyabrın 16-19-da keçirilən yarışda ölkəmizi baş məşqçi Şəhriyar Abbasovun rəhbərliyi ilə “Azərbaycan Fight Club” idmançıları təmsil edib.

İdmançılarımızın nəticələrini təqdim edirik:

Elnar İbrahimov 56 kq - 1-ci yer

Əhəd Məmmədov 71 kq - 1-ci yer

Hikmət Abdullayev 78 kq - 1-ci yer

Vüqar Məmmədzadə 65 kq - 3-cü yer

Xalid Heybətov 71 kq - 1-ci yer


Oxu.az