Ukraynanın Lvov şəhərində keçirilən MMA üzrə Dünya Çempionatında azərbaycanlı idmançılar dörd çəki üzrə qalib olublar.
Oktyabrın 16-19-da keçirilən yarışda ölkəmizi baş məşqçi Şəhriyar Abbasovun rəhbərliyi ilə “Azərbaycan Fight Club” idmançıları təmsil edib.
İdmançılarımızın nəticələrini təqdim edirik:
Elnar İbrahimov 56 kq - 1-ci yer
Əhəd Məmmədov 71 kq - 1-ci yer
Hikmət Abdullayev 78 kq - 1-ci yer
Vüqar Məmmədzadə 65 kq - 3-cü yer
Xalid Heybətov 71 kq - 1-ci yer
Oxu.az