Dünyanın ən sürətli dəmir yolu çəkilir
22.10.2014

Yaponiyada yeni dəmir yolunun inşa planı təsdiq olunub.
Qatarların saatda 480 kilometr sürətlə hərəkət edəcəyi yeni dəmir yol xətti Tokio və Naqoya şəhərləri arasında olacaq.

Belə sarsıdıcı sürət, qatarı beton səthi üzərində bir neçə düym yuxarı qaldıran Maglev innovasiya texnologiyası hesabına nail olunur ki, bu da qatarların sürtünmə olmadan hərəkət etməsinə imkan verir.

Məsafəsi 290 km olan yeni dəmir yol xətti ilə hərəkət cəmi 40 dəqiqə məşğul edəcək. Bu isə saatda 320 km/saat sürət ilə hərəkət edən məşhur “Sinkansen” qatarına nisbətdə bir saat azdır.

Yeni yolun inşaçısı və operatoru “Central Japan Railway Co” şirkəti olacaq. Tikinti işlərinin 2017-ci ilədək başa çatdırılması planlaşdırılır. Layihənin dəyəri təqribən 50 milyard dollar təşkil edir.

Gün.Az