Belçikanın Brügge şəhərində pivə nəqli üçün boru kəməri çəkiləcək.
Şəhər şurası “Brouwerij De Halve Maan” şirkətinin şəhərdə yerləşən pivə zavodu ilə pivənin qablaşdırıldığı dairə zavodunu birləşdirəcək boru kəməri çəkməsinə razılıq verib.
Şirkətin icraçı direktoru Xavyer Vannestanın məlumatına görə, uzunluğu 3 kilometr olacaq boru kəmərinin nəql imkanları saatda 6 min litr pivə təşkil edəcək.
Boru kəməri şəhər yollarını pivə daşıyan yük avtomobillərindən azad edəcək.
“De Halve Maan” şirkəti 1850-ci illərdən pivə istehsalı ilə məşğuldur.
Gün.Az