Azərbaycanda ilk dəfə olaraq ölkə ərazisinin ekzogen-geoloji proseslərə məruz qalma dərəcələrinə görə rayonlaşdırma xəritəsi tərtib edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.
Onun sözlərinə görə, xəritə ölkə ərazisində ekzogen-geoloji proseslərin illərlə aparılmış müşahidəsi nəticəsində ərsəyə gəlib. Ş. Niftiyev deyib ki, rayonlaşdırma xəritəsində respublikanın bütün ərazilərində sürüşmələr, subasmalar, torpaq eroziyası və ekzogen-geoloji proseslər baş vermə dərəcəsi və intensivlik üzrə əksini tapacaq.
Baş mühəndis bildirib ki, artıq xəritə üzərində iş tamamlanıb, çap üçün yaxın vaxtlarda aidiyyəti qurumlara göndəriləcək.