"Müstəqillik kuboku" layihəsi baş tutub
23.10.2014

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Müstəqillik kuboku" layihəsi baş tutub.
V Qrant müsabiqəsinin qalibi olmuş layihənin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Əli Qocalıdır.

Ali təhsil müəssisəsi tələbələri arasında idman yarışlarına həvəsin artırılması və sağlam həyat tərzinin təbliği məqsədi ilə DİA İdman klubu tərəfindən akademiya tələbələri üçün daxili futbol turniri təşkil olunub.
Akademiya tələbələrinin iştirakı ilə olan turnirdə gənclərin bu idman növünə həvəsini artırmaq məqsədi ilə AFFA və yerli futbol klubları ilə əməkdaşlıq edilməkdədir və onlar da turnirə tərəfdaş qismində qatılıb.

Layihənin baglanış mərasimi 2 noyabrda Bakı Tenis Akademiyasında keçiriləcək, iştirakçılar sertfikat, medal və kubokla mükafatlandırılacaq.

Gün.Az