Qarabağ” Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu olub
24.10.2014

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"ə minimal hesabla qalib gələn “Qarabağ" tarixi ilklərə imza atıb.

İlk dəfə qitə miqyası 2-ci dərəcəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.

Bundan başqa, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komandası olub.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan ilk komanda “Neftçi” olub. Lakin 2012-2013 mövsümündə “flaqman” yalnız heç-heçələrlə kifayətlənmişdi.

APA