ABŞ Dövlət Departamenti aprelin 13-dən qeyri-miqrasiya vizaları üçün rüsumun miqdarını artıracaq.
APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə,
rüsumun artırılmasına səbəb ödənişlərin qeyri-miqrasiya vizalarının
hazırlanması xərclərini ödəməməsidir. Artırılan məbləğ konsulluq
xidmətlərinin saxlanması və genişləndirilməsinə, vizalara tələbatın
artması səbəbilə işçilərin maaşlarının artırılmasına sərf olunacaq.
Aprelin 13-dən ABŞ-a turist, kommersiya, tranzit, tələbə və jurnalist
vizaları üçün rüsum 140 dollardan 160 dollara, H, L, O, P, Q və R tipli
vizalar üçün rüsum isə 150 dollardan 190 dollara kimi artırılacaq.
Eyni zamanda qeyd olunan tarixdən miqrasiya vizalarının alınması üçün
rüsumlar isə azaldılır. Yaxın qohumlar üçün vizaların verilməsi üçün
rüsum 330 dollardan 230 dollara, iş təklifi ilə bağlı vizalar üçün rüsum
isə 720 dollardan 405 dollara kimi azaldılıb.