Qoç - əlverişli zamandır. Qeyri-adi
layihəyə, mürəkkəb sifarişin icrasına başlamaq olar. Təxəyülünüzü işə
salın. Nəzakətli, qayğıkeş olun. Mübahisə edənləri ayırın, bir-birlərinə
dəyər verən adamlar arasında kompromisin əldə olunmasına yardım edin.
Həmin adamlar nədənsə bu gün dil tapa bilmirlər.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri aradan qaldırın. Saatlar keçdikcə situasiya normallaşacaq.
Axşam
saatlarında uğursuz alış-veriş, mənasız xərclər ola bilər. Maliyyə
imkanlarınızı dəqiq qiymətləndirməsəniz, pərişan qalacaqsınız.
Buğa
- günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir.
Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır
layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə
maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci
yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü
qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə
fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər -
günün ilk yarısında çətinliklər olacaq. Əzmli davransanız, onların
öhdəsindən gələ bilərsiniz. Hiyləgər taktika və effektiv strategiya
hazırlayaraq irəliləyin. Adi günlərlə müqayisədə dostlar və tanşılar
məsləhət, yardım üçün daha çox müraciət edirlər. Təcrübəniz onları
səhvlərdən xilas edə bilər.
Günün ikinci yarısı
yaxşı tanıdığınız insanlarla ünsiyyətlə bahəm, yeni münasibətlər üçün
əlverişlidir. Çoxdan bəri sizi narahat edən problemləri yaxşı bələd
olmadığınız insanlarla müzakirə etməyin. Belə müzakirələrdə həll
variantı tapılmayacaq, amma əvəzində əhvalınız korlanacaq.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng
- təşəbbüskarlığın nümayişi, yeni və mürəkkəb işlərə başlamaq üçün
əlverişli zamandır. Qüvvələrinizi yanlış dəyərləndirməyin. İmkanınız
xaricində olan işə başlamayın. Sizə kömək edə biləcək insana yardım üçün
müraciət etməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanların sizə
rəğbəti artacaq. Yeni romantik hisslər istisna deyil.
Günün
ikinci yarısı ailə və məişət qayğılarının həlli üçün yaxşıdır. Yaşam
arealınızı qaydaya salın, təmizkar və intizamlı olun. Axşam saatlarında
qonaqlar gələ bilər. Əks cins mənsubu ilə ünsiyyətdə diqqətli olun.
Şir
- bəzi işlər nəzərdə tutduğunuz kimi getmirsə, narahat olmayın. Yaranan
problemlər müvəqqətidir və çətinliklə də olsa, həll edilə bilər. Köç və
ya təmirə hazırlaşırsınızsa, anlaşılmazlıqlara, kiçik çətinliklərə
hazır olun.
Xərclər artacaq.
Günün
ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqları yaranacaq. Ən
cüzi, xırda məsələ mübahisəni alovlandıra bilər. Rəğbət bəslədiyiniz
insanların zəifliklərinə normal yanaşın. Başqalarının səhvləri zarafat
mövzusu deyil.
Qız - günün
ilk yarısı mürəkkəb olacaq. Emosional fon əlverişli deyil. Yanınızdakı
insanlarla çətinliklə də olsa, dil tapın. Ünsiyyəti bir qədər
məhdudlaşdırın. İmkan varsa, sürəkli olaraq sizi tənqid edən,
səhvlərinizi xatırladan insanlarla təmaslardan imtina edin.
Günün
ikinci yarısı xoş sürprizlər vəd edir. Müsbət təmayüllərin təsirindən
faydalanın. Təxəyyülü işə salın. Yazılmamış qanunlar, ənənələr
çərçivəsindən çıxın. Stereotipləri dağıdın.
Tərəzi
- intuisiyanızı dinləsəniz, ağır fəsadlı səhvlərə yol vermək riskindən
qurtula bilərsiniz. Kompleksləriniz və nöqsanlarınızı araşdırın.
Qarşınıza yeni məqsədlər qoyun. Enerji səviyyəniz artır.
Çoxdan bəri yolunuzda qalmış sədlərlə maneələri dəf edə bilərisiniz.
Günün
ikinci yarısında metamorfozlarınız yaxın ətrafınızdakı insanları
qıcıqlandıra bilər. Sizə dəyər verən insanlardan dəstək alacaqsınız.
Yeni, mühüm işlərə başlamaq, uzunmüddətli planlar qurmaq olar.
Əqrəb -
kimsəyə imkan verməyin ki, sizi aldatsın. İntuisiyanız kəskin olsun.
Köhnə və yeni tanışların niyyətlərini təhlil edin. Yaxın ətrafınızdakı
insanların davranışlarını diqqətlə izləyin. İndiyədək səmimiyyət və
dostluq pərdəsi altında sizə qarşı mənhus planlar hazırlayan şəxslə
mübarizəyə başlayın.
Günün ikinci yarısı bilik və
bacarıqların artırılması üçün əlverişlidir. Faydalı təcrübədən
yararlanın. Ən çətin işin öhdəsindən gələ bilərsiniz. Bir şərtlə ki,
bildiyinizi edəsiniz və kənar təsirlərə uymayasınız.
Oxatan
- asan qələbələrə bel bağlamayın. Rəqibləri üstələyərək bədxahların
məkrli tələsinə düşməyin. Situasiya o qədər də asan deyil. Baş verənləri
anlamaq üçün səbrli olun. Dedutiv bacarığınızı işə salın.
Günün
ikinci yarısı maliyyə, peşəkar fəaliyyət və əmlakla bağlı məsələləri
həll etmək üçün sərfəlidir. Çərçivələrlə məhdudlaşmayın. İntellektual
potensialınız yüksəkdir. Axşam saatlarına qədər məhsuldar işləyin.
Oğlaq
- təmkinli və soyuqqanlı olun. Səbrli davransanız, problemləri həll edə
bilərsiniz. Planlarınızın alt-üst olmasını seyr etmək asan deyil. Dəyər
verdiyiniz insanlar səhvləri sıralayırlar.
Emosional olsanız, düşünülməmiş addımlar ata bilərsiniz. Bunun isə nəticələri heç yaxşı olmayacaq.
Günün
ikinci yarısında yaşlı qohumlarla fikir ayrılıqları olacaq. Ailədə
sülhü qorumaq asan deyil. Təxribatlara uymayın, vədlərə inanmayın.
Prinsiplərinizə sadiq qalın. Yalnız belə olarsa, situasiyanı nəzarətdə
saxlaya biləcəksiniz.
Dolça -
parlaq, yaddaqalan, qeyri-adi qərarlar və əməllər zamanıdır. İndiyədək
sizin bacarıqlı adam olduğunuzu etiraf etmək istəməyənlər pərişan
qalacaqlar. Planlaşdırılmamış görüş, xoş sürpriz, qeyri-adi tapıntılar
ola bilər.
Həyatdan həzz alın, taleyin hədiyyələrinə sevinin.
Günün
ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxın
ətrafınızdakı insanlarda özünüzlə bağlı müsbət fikir formalaşdırın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar -
narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Günün ilk yarısında
peyda olacaq səbəbsiz təlaşın öhdəsindən gəlin. Gərilmiş əsəblərə fikir
verməyin. Belədə tezliklə sakitləşə bilərsiniz.
Alış-veriş üçün yaxşı zamandır. Aldığınız əşyaların orijinal olmasına can atın.
Günün
ikinci yarısında yeni tanışlıqlar olacaq. İlk dəfə gördüyünüz
insanların hamısı ilə sonradan təmasları qorumağa dəyməz. Mənasız
əlaqələr və dəyərsiz insanlardan qurtulun.
Milli.Az