Azərbaycanın həyata keçirdiyi humanitar aksiya Pakistan mətbuatında geniş işıqlandırılıb
27.10.2014

Pakistanın İslamabad şəhərində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin(AİDA) həyata keçirdiyi humanitar aksiya ölkənin aparıcı mediasında geniş işıqlandırılıb.
Ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, humanitar yardım Cənubi Pəncab və Kəşmirdə sel daşqınlarından zərər çəkmiş insanlara göstərilib.

Pakistanın “Jhang”, “Nawai Vakt”, “Daily Times”, “The News”, “Daily Pakistan”, “Jahan-e-Pakistan”, “Pakistan Observer”, “Patriot”, “Metro Watch”, “Khabrian”, “Azkaar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “APP”, “DNA”, “News”, “Daily News Mart”, “Pakistan in the World”, “Pak Tribune”, “VEOOZ” informasiya agentlikləri tərəfindən tədbir haqqında məqalələr dərc edilib, həmçinin, aparıcı televiziya kanalları - Dawn TV, GEO TV, Navai Vakt TV, ARY TV, Dunya TV tədbir haqqında reportajlar verilib.

Məqalələrdə İslamabad şəhərində təşkil olunmuş mərasimdə Pakistanın parlament işləri üzrə naziri Şeyx Aftab Əhməd, deputatlar Ramaiş Kumar Vankvani, Nazir Əhməd, Aamra Xan, Ayşə Syed, Sima Cilani, Tahirə Auranqzeyb, Fayaz- ud- Din, Nazir Xan, Əkrəm Sahib, həmçinin Çitralın Şahzadəsi, Milli Assambleyanın deputatı İftixar ud Din, Bayt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx, tanınmış siyasətçilər, ziyalılar, Azərbaycan səfirliyinin əməkdaşları, təbii fəlakətdən zərər çəkmiş insanlar, aparıcı elektron və media mənsublarının nümayəndələrinin iştirak etdiyi bildirilib.

Yazılarda vurğulanıb ki, ali qonaq qismində mərasimdə iştirak edən parlament işləri üzrə nazir Şeyx Aftab, Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx çıxış edərək Azərbaycan xalqı, hökuməti və AİDA-ya təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə dərin minnətdarlığını bildiriblər.

Natiqlər cıxışlarında qeyd ediblər ki, bu yardım zərərçəkmiş insanlar üçün təkcə maddi deyil, eyni zamanda mənəvi dəstəkdir. Mərasimdə, eyni zamanda, Azərbaycan-Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri barəsində danışılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti haqqında geniş məluma verilib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələri icra etdiyi, humanitar yardımlar göstərdiyi vurğulanıb.

Bildirilib ki, AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da on minlərlə insanı içməli su ilə təchiz edib.

Məqalələrdə humanitar aksiya proqramının Pakistanın - Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot və digər şəhərlərində də davam etdiriləcəyi bildirilib.

Gün.Az