Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq
27.10.2014

Oktyabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, əsas rolları əməkdar artistlər Şövqi Hüseynov (Məşədi İbad), Səidə Şərifəliyeva (Gülnaz) və gənc vokalçı Amil Məmmədov (Sərvər) ifa edəcəklər.

Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimovadır.

APA