Azərbaycan yenidən sənət və cazibə dünyasına qərq olmağa hazırlaşır
27.10.2014

Ötən ilin yaz aylarında paytaxtımızın ən gözəl mehmanxanalarından olan “Four Seasons Hotel Baku”da keçirilən “Jewels of the World” sərgisi artıq ənənə şəklini almaq üçün bir başlanğıc oldu.

Bu payızda isə Bakı dünyaya zinət əşyaları və incəsənət əsərlərini birləşdirərək yeni bir ənənə təqdim edəcək. Beləliklə, “Jewels of the World” “Art and Jewels of the World-2014”ə çevriləcək.

Fransa və dünya qalereyaları aparıcı zinət əşyaları brendlərinə qoşulmaqla qonaqlara öz ən gözəl sənət əsərlərini nümayiş etdirəcəklər.

AzərTAc xəbər verir ki, oktyabrın 29-dan noyabrın 2-dək salona gələnlər misilsiz zinət əşyalarına baxa, dünya rəssamlarının əsərləri ilə tanış ola və zinət əşyaları qalereyalarının nümayəndələri ilə ünsiyyət yarada biləcəklər.

Zinət əşyaları “Al Nahar”, “Avenue”, “Brigitte Ermel”, “Grande Luxe”, “Michael Young”, “Quinting Watches”, “RCM Gioielli”, “Shakh Diamond”, “Suzanne Syz Art Jewels” kimi məşhur brendlər ilə təmsil olunacaq.

Dünya sənətini “YAY Gallery”, “Berko Fine Paintings”, “Boccara Gallery”, “Maison D’Art”, “Ruzhnikov” qalereyaları təqdim edəcək.

Həmçinin, qonaqları “Johnnie Walker”dən xüsusi dadım proqramı gözləyəcək.

AzərTAc