Bu ilin sentyabrında Türkiyədə ölkəmizi “Miss Exclusive of the World” beynəlxalq gözəllik müsabiqəsində təmsil edən model və aktrisa Tamilla Həmidova yenidən kamera qarşısına keçib.
Tanınmış təşkilatçı Aqil Məmiyevə istinadən verilən xəbərə görə, bu dəfə o, “AES Group” üçün özəl olaraq fotosessiya etdirib.
“Tamilla artıq ölkəmizi bu il dünyanın sayılıb seçilən yarışlarından biri olan “Miss Exclusive of the World” beynəlxalq gözəllik yarışmasında təmsil etdi. O, dünyanın ən yaxşı 7 model siyahısına düşdü. Tamillaya görə bir neçə əcnəbi rejissorlar müraciət ediblər. Onlar modelimizi film və seriallarına çəkmək istəyirlər. Artıq onlarla razılaşmışıq. Yaxın günlərdə fillə bağlı məlumat verəcəyik” - deyə A.Məmiyev bildirib.
Nərinizə çatdıraq ki, Tamilla bu yaxınlarda yenidən xarici yarışmada ölkəmizi təmsil edəcək. Yaxın günlərdə yarışma ilə bağlı geniş məlumat veriləcək.
Tamilla Həmidovanın Elgün Zaman tərəfindən çəkilmiş yeni fotosessiyasını oxuculara təqdim edirik:
Gün.Az