Noyabrın 12-də Honkonqda “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Bu haqda məlumatı AES Group-un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev verib.
““Miss Model of the World 2014”-ə qatılan 20 yaşlı modelimiz Kamilla Ələkbərova noyabr ayının 11-də ölkəmizi təmsil etmək üçün Honkonqa yola düşəcək. Yarışmaya hazırlıq tam sürətilə davam edir. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcək. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək”.
Nəzərinizə çatdıraq ki, müsabiqə 1988-ci ildən bəri hər il dünyanin nüfuzlu ölkələrində keçirilir.
Onu da qeyd edək ki, yarışmanın İnternational direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Oxu.az