Zibillə dolu evində ölü tapılan 72 yaşlı qadının böyük sərvət sahibi olduğu müəyyənləşib.
Türkiyənin Bursa şəhəri yaxınlığındakı İznik qəsəbəsində evindən cəsədi taplan 72 yaşlı Habile Irızın malik olduğu sərvət hər kəsi təəccübləndirib.
Məlumata görə, səfil həyat keçirən övladı olmayan qarının qəsəbədəki iki bank hesabında 3 milyon 270 min lirəsı (1 milyon 470 milyon dollar), Bursanın mərkəzi Yıldırım qəsəbəsində 4 mənzili, Mudanya qəsəbəsində 1 villası, İstanbulun Bakırköy səmtində isə bir ofisi olduğu ortaya çıxıb.
Məlumata görə, bir müddət görünməyən qadının evindən pis qoxu gəldiyini fərq edən qadınlar bu barədə polisə xəbər veriblər.
Polisin gəlişindən sonra qarının zibil basmış evində öldüyü müəyyən edilib.
Gün.Az