Pan Gi Mun Bakıda keçirilən Foruma videomüraciətlə qoşulub
29.10.2014

BMT-nin baş katibi Bakıda keçirilən “Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum”a videomüraciət ünvanlayıb.
Pan Gi Mun müraciətdə gənclərin dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

O, gənclərin siyasətdə daha vacib rol almalı olduğunu, həmçinin gənclərə yeni imkanların yaradılmasının yalnız və yalnız uğur gətirəcəyini söyləyib.

BMT-nin baş katibi Azərbaycanın bu yüksək səviyyəli Foruma layiqincə ev sahibliyi edəcəyindən əminliyini ifadə edib.

O sonda Forum iştirakçılarına uğurlar arzulayıb.



Gün.Az