Bill Qeytsin ad günüdür
28.10.2014

Bu gün dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin ad günüdür. 1955-ci ildə Sietldə dünyaya gələn B.Qeyts, 1975-ci ildə dostu Pol Allenlə birgə fərdi kompüterlər üçün proqram təminatının hazırlanması üzrə “Microsoft” şirkətini yaradıb.

O, yeni yaradılan şirkətin prezidenti, Direktorlar Şurasının sədri və baş direktoru kimi fəaliyyət göstərib. Qeyts 31 yaşında milyarder olub. 1993-cü ildə “Forbes” jurnalı ilk dəfə onu ABŞ-ın, üç il sonra dünyanın ən zəngin insanı adlandırıb.
1990-cı illərin sonundan etibarən Qeyts tədricən “Microsoft”un rəhbərliyini tərk etməyə başlayıb. O, 1998-ci ildə prezident postunu, 2000-ci ildə baş direktor, 2008-ci ildə isə “Microsoft”un proqram təminatının baş arxitektoru vəzifəsini tərk edib. 2014-cü ilin fevralınadək şirkətin Direktorlar Şurasının sədri vəzifəsində qalıb.

Bill Qeyts son illərdə həyat yoldaşı Melinda ilə birgə təsis etdikləri ailə xeyriyyəçilik fondunun işləri ilə məşğul olur. Təşkilat səhiyyə və təhsil sahəsində təşəbbüsləri maliyyələşdirir.

Gün.Az