2012-ci il aprelin 2-dən 6-dək Nizami Kino Mərkəzində Rusiya Kinosu Günləri keçiriləcəkdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Kinosunun İnkişafına Yardım Fondunun birgə təşkil etdikləri tədbirin proqramına son illərdə istehsal edilmiş müxtəlif janrlara aid beş film daxil edilmişdir.
Kino həftəsi aprelin 2-də saat 19-00-da “İngilis sahil küçəsində ev” filmi ilə açılacaq. Digər günlərdə “Cənab Qolovlyovlar”, “On qış”, “Qaydasız” və “İspaniyalı” bədii filmləri nümayiş olunacaqdır.
Kino proqramını Rusiya Kinosunun İnkişafına Yardım Fondunun idarə heyətinin sədri, Avrasiya Televiziya və Radio Akademiyasının üzvü Mixail Alekseyev təqdim edəcəkdir.