Qoç - günün ilk yarısında işgüzar aktivlik
səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri
bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə
münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə
qarşı kəskin antipatiya yaratmayın.
Günün ikinci yarısında
maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal,
emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa
bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
Buğa
- hər şey yaxşıdır. Günün ilk yarısında problemlər yarana bilər.
Çətinliklərin öhdəsindən qətiyyətlə gəlin, təşvişə düşməyin. Yaşananlar
əhvalınıza həddən ziyadə pis təsir etməsin. Həmkarlar və işgüzar
tərəfdaşlarla münasibətlərdə diqqətli olun.
Əməkdaşlıq şərtlərini, tərəfdaşlıq variantlarını günün ikinci yarısında müzakirə etmək olar.
Şəxsi
münasibətləri nizama salın. Sevdiyiniz insana hədiyyə verin. Ümumi işlə
məşğul olduğunuz insanı anlamağa çalışın. Yeni tanışlıqlar istisan
deyil. Yeni münasibətlərin formalaşması üçün təşəbbüskar olun.
Əkizlər
- asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində
qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara
etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi
verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.
Günün
ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin.
Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar
alacaqsınız.
Alış-verişə çıxa bilərsiniz.
Xərçəng
- əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət
təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım
edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar.
Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün
əlverişli zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan
işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli
şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.
Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Şir -
gün gözləntilərinizi doğrultmayacaq. Var qüvvənizlə çalışsanız belə,
qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Sədləri və maneələri
dəf edin. Nəzərdə tutduğunuz işlərin bir qismini başa vura
biləcəksiniz. Yaxın ətrafınızdakı insanlarla həssas davranın.
Günün
ikinci yarısında sərt və aqressiv danışmayın. Asanlıqda düşmən
qazanmayın. Bədxahlar və ya düşmənlər sizə mane olmaq üçün əllərindən
gələni edəcəklər.
Yaxınlarınızla təmaslarda səbrli olsanız,
münaqişələr yaranmayacaq. Ailə problemlərinin həlli ciddi xərclər tələb
edəcək. Bədxərclik etməyin.
Axşam saatlarında diqqətli olun.
Qız
- ziddiyyətli və gərgin gündür. İşdə münaqişələr ciddiləşəcək.
Situasiya çətinləşir. Peşəkar fəaliyyətiniz ən müxtəlif insanlarla
ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın.
Güzəştə meylli olmasanız, çətinlikləri həll etmək mümkün olmayacaq.
Günün
ikinci yarısı müstəqil fəlaiyyət üçün yaxşıdır. Problemlərin həllinə
yaradıcı yanaşın. İşgüzar intuisiyanız iti olmalıdır ki, sərfəli anlaşma
və ya sövdələşmə baş tutsun. Axşam saatları romantik görüş vəd edir.
Tərəzi
- günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Gün uğurlu
olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kimsə sizə mane
olmamalıdır. Sürətlə irəliləmək üçün cəhdlərinizi əsirgəməyin. İşdə
əhəmiyyətli nəticələr olacaq. Peşəkar fəaliyyət müstəvisində
mövqelərinizi möhkəmləndirin. Nüfuzlu adamlar arasında müttəfiqlər
tapın. Bir sözlə, yeni zirvələri fəth etmək üçün hazır olun.
Günün
ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Qüvvə və
potensialınıza inanın. Şəxsi münasibətləri normallaşdırın. Təşəbbüskar
olun, sakit davranmayın.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb
- gərgin gündür. Ünsiyyətdə ciddi problemlər yaranacaq. Münaqişələr
sıralanır. Emosiyalarınıza nəzarət edin. Təxribatlara uymayın. Təmkinli
davranaraq məkrli tələyə düşməyin. Problemin həlli qapını çırparaq
getmək deyil.
Nüfuzlu insanla münaqişə etməyin. Dumanlı, naməlum səbəblərə görə sərfəli anlaşma və sövdələşmələrdən boyun qaçırmayın.
Günün
ikinci yarısında qəfil səfərə yollanmaq məsləhət deyil.
Planlaşdırılmamış işlər görməyin. Belədə problemlərin sayı artacaq.
Romantik görüş pərişanlıq yarada bilər. Hadisələrin pis məcrada
inkişafına mane olun. Situasiyanı normallaşdırmaq üçün səylərinizi
əsirgəməyin.
Oxatan -
işlərinizdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Son vaxtlar həlli
yollarını arayıb baş sındırdığınız peşəkar məsələni həll edə bilərsiniz.
Həmkarlarınıza yardım edin. Alış-veriş, biznesə investisiyalar, önəmli
insanlarla görüş üçün yaxşı zamandır.
Günün ikinci yarısında yaxşı təcrübəyə yiyələnə bilərsiniz.
Şəxsi
münasibətlərinizdə harmoniyaya nail olun. Yaxınlarınızın yanınızda
özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz insanı anlamağa çalışın.
Hisslərinizi etiraf etmək üçün münasib zamandır.
Oğlaq
- asan gün deyil. Çətinliklər və problemlər var. Lakin ümidinizi
itirməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq mümkündür. Əzm və
iradəli şəkildə çalışın, qətiyyətli olun. Çoxsaylı planlar qurmayın.
Diqqəti, sadəcə, bir işə yönəldin. Yalnız belədə uğur şanslarınızı
artıra bilərsiniz.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla planlarınızı müzakirə etməyin, sirlərinizi paylaşmayın.
Yaxınlarınızla
fikir ayrılığı, sevdiyiniz insanla münaqişə istisna deyil. Düzgün mövqe
tutduğunuzu düşünürsünüz. Nəinki güzəştə getmək istəmir - hətta qarşı
tərəfi dinləmək istəmirsiniz. Belə olmaz. Güzəştlərə meylli olsanız,
münasibətləri yaxşılaşdıra bilərsiniz.
Dolça
- günün ilk yarısı yetərincə uğurlu olacaq. Ən cəsarətli planları
reallaşdırmaq olar. İşgüzar danışıqlar pis keçməyəcək. Potensial iş yeri
sahibləri və sifarişçilərlə ünsiyyətdə diqqətli davranın. Təklifləri
təhlil edin.
Qarşılaşdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün
ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək.
Yorulacaqsınız, əhvalınız pisləşəcək. Səhhətinizi qoruyun,
orqanizminizin qayğısına qalın.
Balıqlar
- günün ilk yarısında diqqətli olun. Çoxları sizinlə manipulyasiya
etməyə çalışırlar. Başqalarının maraqlarına xidmət etməyin. Belələrinin
planlarının qarşısını almaq çətin olduğundan diplomatik davranın. Amma
ifrata varmayın. Kompromislərə meylli hərəkətlərinizi zəiflik kimi qəbul
edə bilərlər.
Günün ikinci yarısında bədxahlarla rəqiblərə sinə gərin. Onları sakitləşdirəndən sonra situasiya yaxşılaşmağa başlayacaq.
Saatlar
keçdikcə vəziyyət sakitləşməyə başlayacaq. Axşam saatları dostlarla
görüş, sizi narahat edən problemlərin müzakirəsi üçün əlverişlidir.
Milli.Az