Qomeldə MDB ölkələrinin, o cümlədən Azərbaycanın mədəniyyət günləri keçiriləcəkdir
27.8.2011

BELTA-nın verdiyi xəbərə görə, “Qomel – Belarusun və Birliyin mədəni paytaxtıdır-2011” aksiyası çərçivəsində cari ilin sonunadək Qomeldə MDB ölkələrinin mədəniyyət günləri keçiriləcəkdir.
Qarşıdakı planlarda Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrlə birlikdə beynəlxalq yaradıcılıq layihələrinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Aksiya çərçivəsində Qomeldə təşkil olunacaq sərgilərdə, kino günlərində, məşhur kollektivlərin qastrollarında bu ölkələrin mədəniyyətləri nümayiş etdiriləcəkdir.