Parisdə 20-ci “Şokolad salonu” sərgisi öz işinə başlayıb.
Açılış mərasimi Port-de-Versal sərgi mərkəzində ənənəvi dəb nümayişi ilə yadda qalıb.
Sərgidə şokolad və şokolad məmulatlarının mümkün olan bütün növlərini buraxan və satan 200-dən çox firma, müəssisə və mağazanın nümayəndələri iştirak edib.
Sayı 500 nəfəri ötən iştirakçılar sərgidə tamaşaçılara bu nəfis şirniyyatın hazırlanmasında öz ustalıqlarını nümayiş etdirir, ən yaxşı reseptlərini bölüşürlər.
Sərgidə şokoladdan hazırlanmış ciddi paltarlar, zərif libaslar və fantaziyalı tualetlər bir-birini əvəz edib. Ümumilikdə isə təqribən 60 qadın və kişi geyimi nümayiş olunub.
Sərgi noyabrın 2-dək davam edəcək.
Video
gun.az