2015-ci ilin əvvəlində İstanbul-Bakı-İslamabad reysinin açılması nəzərdə tutulub.
Bu barədə öz müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.
Onun sözlərinə görə, Azərbaycan Hava Yolları və Türkiyə Hava Yolları reysin açılmasına razılıqlarını verib, hazırda Pakistan Hava Yollarının cavabı gözlənilir.
“Pakistan Hava Yolları tərəfindən bu istiqamətdə araşdırmalar aparılır, bu marşrutun nə dərəcədə işlək olub-olmaması müəyyənləşdirilir. 2015-ci ilin əvvəlində belə bir marşrutun açıla bilməsi gözlənilir”.
Diplomat hesab edir ki, bu reys rentabelli olacaq: “Bu günə kimi sərnişinlər Dubay vasitəsilə uzun yol gedib Pakistana çatırlar. Birbaşa reysdə insanlar əvvəl az ola bilər, amma sonra onların sayı artacaq. Bu, iş adamları, tələblər üçün çox əlverişlidir. Bundan başqa gediş-gəliş təxminən 500 dollar təşkil edə bilər və bu hər üç ölkə üçün uyğundur”.
Səfir qeyd edib ki, hazırda İslamabad-İstanbul, İstanbul-Lahor reysləri fəaliyyət göstərir.
gun.az