Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) beynəlxalq avtomobil yarışlarında iştirak edən maşınların modelləri bəlli olub.
Noyabrın 1-də baş tutacaq yarışda dünyanın ən sürətli 30 avtomobili iştirak edəcək.
Yarışlarda iştirak edən avtomobillərin tam siyahısını sizə təqdim edirik:
BMW Z4
Audi R8LMS Ultra
Audi R8LMS Ultra
Audi R8LMS Ultra
Audi R8LMS Ultra
Audi R8LMS Ultra
Audi R8LMS Ultra
McLaren MP4-12C
McLaren MP4-12C
Lamborghini LFII
Lamborghini LFII
BMW Z4
Porsche 997 GT3 R
BMW Z4
BMW Z4
Porsche 997 GT3 R
McLaren MP4-12C
McLaren MP4-12C
Mercedes SLS AMG GT3
BMW Z4
Mercedes SLS AMG GT3
Mercedes SLS AMG GT3
Mercedes SLS AMG GT3
Audi R8LMS Ultra
Mercedes SLS AMG GT3
Corvette Z06 G
Corvette Z06 G
Ferrari 458 Italia
Aston Martin Vantage GT3
Mercedes SLS AMG GT3
BMW Z4
Qeyd edək ki, Bakı şəhərində keçiriləcək Baku World Challenge 2014 yarışı ilə əlaqədar bu gündən Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur.
Yarışlar noyabr ayının 2-dək davam edəcək.

Oxu.az