Tanınmış rəssam və rejissorun xatirə sərgisi açılacaq
30.10.2014

Oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyi, “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) Qeyri-Hökumət Təşkilatı və “Qalereya 1969” sərgi salonunun təşkilatçılığı ilə tanınmış rəssam və rejissor Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “Mənim yolum” adlı xatirə sərgisi açılacaq.

Noyabrın 2-dək davam edəcək sərgidə Nazim Məmmədovun seçilmiş əsərləri nümayiş olunacaq.

Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib.

AzərTAc