“Rəssam yolda” adlı birgə yaradıcılıq sərgisi
31.10.2014

Noyabrın 1-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində rəssam Esmira Güləhmədova, Cəmalə Rəhmanlı və Rafael Əliyevin “Rəssam yolda” adlı birgə yaradıcılıq sərgisi açılacaq.

İncəsənət mərkəzindən bildirilib ki, sərginin məqsədi müxtəlif ölkə və şəhərlərdə görüb və yaşadıqlarımızı kətan üzərinə köçürməklə tamaşaçıya təqdim etməkdir.

Romanın tarixi abidələri, Parisin ecazkarlığı, Barselonanın gözəlliyi, Almaniyanın memarlıq inciləri, Malayziyanın Pinanq adasının ekzotik və füsunkar təbiəti, Redjio di-Kalabriya və Parqeliya insanlarının doğmalığı, Asiyanın bütpərəst məbədləri və Venesiyanın karnavalları sərgidə əsərləri nümayiş olunacaq rəssamları səyahət haqqında incəsənət nümunələri yaratmağa sövq edib.

AzərTAc