Türkiyə kinematoqrafının məşhur aktyorlarından biri Ekrem Bora 78 yaşında, müalicə olunduğu xəstəxanada vəfat edib. GoMap.Az DHA-ya istinadən bildirir ki, İstanbulun Kadıköy səmtindəki "Florence Nightingale" hospitalında martın 30-dan bəri müalicədə olan Bora ağciyərindəki fəsadlardan ölüb.
Gerçək adı Ekrem Şerif Uçak olan Ekrem Bora 1934-cü ildə Ankarada doğulmuşdu. O, 1955-ci ildə ilk dəfə "Alın yazısı" filminə çəkilmişdi.