Çin hakimiyyəti Antarktidada öz hava limanını inşa etmək barədə qərar qəbul edib.
İndi Çin alimləri Cənub qitəsinə təyyarə ilə uçacaqlar.
Hakimiyyət və alimlər əmindirlər ki, inşa olunacaq hava limanı elmi və geoloji layihələrin daha sürətlə inkişafına imkan yaradacaq.
Aeroportun Çinin Antarktidanın şərq hissəsində yerləşən “Çjunşan” elmi-tədqiqat stansiyası yaxınlığında tikilməsi nəzərdə tutulub.
Hazırda aeroportun layihəsi hazırlanır.
Qeyd edək ki, çinlilər Antarktidada 1984-cü ildən tədqiqat aparırlar.
Gün.Az